Santexnik

DÜZGÜN SANTEXNİK TAPMAQ ÜÇÜN 5 MƏSLƏHƏT

Santexnik

Santexnik

Tövsiyəsinə etibar edə biləcəyiniz və uzunmüddətli nəticə əldə edəcəyiniz bir santexnik tapmaq istəyirsiniz. Qiymətin sizin üçün vacib bir amil olduğunu başa düşürük, amma bu, həlledici amil olmamalıdır. Bəzən santexnika şirkətləri telefonla mümkün olan ən aşağı qiyməti təklif edirlər, lakin evinizə çatdıqdan sonra problemin həlli üçün əlavə ödəniş tələb edirlər və buda sizin üçün əlavə xərcə gətirib çıxarır. Bəs eviniz üçün uyğun santexnik ustasını necə tapmaq olar? Qərar verməyinizə kömək edəcək beş ipucunu sizə təqdim edirik:

  1. SANTEXNİKİN LİSENZİYALI VƏ SIĞORTALI OLDUĞUNDAN ƏMİN OLUN

Bu sözsüz doğru santexnik tapmaqda ən vacib amillərdən biridir. Lisenziyalarının olub olmadığını soruşun və gözlənilməz hadisə halında sığorta etdiklərinə əmin olun.

2. iş təcrübəsini SORUŞUN

Əksər xidmətlərdə olduğu kimi, evinizdə təmir işləri aparmaqda təcrübəsi olan birini istəyərsiniz. Şirkət tərəfindən göndərilən santexnik, öz sahəsində təcrübəli və ixtisaslaşmış olacaqdır. Çünki şirkətlər bazarda öz nüfuzunu qorumaq üçün yüksək ixtisaslı kadrlarları işə götürürlər.

  • ProBLemlər barədə məlumat və xərclər barədə qəbz İstəyİn

Problem müəyyən edildikdən sonra, hər hansı bir iş görülməzdən əvvəl əmək və hissə xərclərini əhatə edən yazılı bir akt ilə maraqlanın.

  • RƏYLƏRİ oxuyun

Sifariş verməzdən əvvəl şirkət haqqında məlumat toplayın, sizdən əvvəl xidmətdən istifadə edən müştərilərin rəylərini oxuyun. İnternetin yaxşı bir tərəfi odur ki, siz hər hansı şirkət barədə ətraflı məlumat əldə edə bilərsiz və sifariş verməzdən əvvəl gördükləri işlər barədə məlumatlı ola bilərsiniz.

  • ŞƏXSİ TÖVSİYƏLƏR VƏ MÜQAİSƏ EDİN

Ətrafınızda olan insanlardan və yaxınlarınızdan usta xidməti üçün şirkətlərə müraciət edən və ya tanış santexnik ustası ilə iş gördürənlərin qarşılaşdığı situasiyaları soruşun və müqaisə edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir