Kateqoriyasız

Kondisioner təmizliyi

Kondisioner təmizliyi

Kondisioner təmizliyi

Kondisoner təmizliyi çox vacib bir nüansdır. Sağlamlıq üçün yediyiniz yeməkdən, içdiyiniz sudan və nəfəs aldığınız havadan daha vacib bir şey yoxdur. Bəs, hər gün nəfəs aldığınız hava çirklənibsə? Dəhşətli bir ssenari olsa da, düşündüyünüzdən çox yaygındır. Çirkli bir kondisioneri hər işə saldığınız zaman içində olan küf sporlarını və bakteriyalarını havaya və ağciyərlərimizə tökür. Çirkli bir kondisioneriniz varsa, özünüzü və ailənizini, dostlarınızı və həmkarlarınızı ciddi sağlamlıq problemlərinə məruz qoyursunuz. Küflü bir kondisioner xroniki xəstəlikə səbəb olur və onu tez bir zamanda düzəltməlisiniz!

Mütəmadi Kondisioner təmizliyi kondisionerinizin səmərəli və keyfiyyətli işləməsi üçün vacibdir.

Kondisionerinizi təmizləmək və təmiz saxlamaq lazımsız və yorucu bir iş kimi səslənə bilər. Axı bir şey pozulmadığı təqdirdə niyə düzəldilməlidir? Evinizi sərin saxlaya bilirsə, onu təmizləməyə nə ehtiyacımız varki? Bu çox böyük bir səhvdir! Kondisionerinizin müntəzəm təmizlənməsi sizin və ailəniz sağlamlığı üçün faydalıdır.

Kondisioner təmizliyinin aşağıda göstərdiyimiz üstünlükləri var

1. Kondisioner təmizliyi – kondisionerin səmərəli işləməsini təmin edir.

Kondisionerinizi müntəzəm olaraq təmizləmək, toz və zibil yığılmasının ümumiyyətlə qarşısını alaraq daha səmərəli işləməsinə imkan verir. Hava filtrləri tıxandıqda və çirkləndikdə, normal hava axını olmasına maneə törədilir, beləliklə cihaz lazım olduğundan daha çox işləyir. Bundan əlavə, kondisionerin bobinlərini toz örtdükdə, istilik qəbul etmə qabiliyyəti pozulur və bu da evinizi soyutma qabiliyyətini daha da azaldır.

2. Kondisioner təmizliyi –elektrik xərclərinizi azaldacaq.

Normal bir evdə kondisionerlər aylıq elektrik xərclərinin əhəmiyyətli dərəcədə böyük bir hissəsini istifadə edir əsasəndə yay aylarında. Eyni dərəcədə, çirkli bir kondisioner daha çox enerji istehlak edir, çünki cihazınız daha çox işləmək məcburiyyətində qalır və buda xərclərin artmasına səbəb olur. Bu tip kondisionerlər ümumiyyətlə 25% daha çox elektrik enerjisi istifadə edirlər. Kondisionerinizi müntəzəm olaraq təmizləyərək, cihazınızın daha çox işləməsinin qarşısını ala bilər və bununla da elektrik xərclərinizi əhəmiyyətli dərəcədə azalda bilərsiniz.

3. Kondisioneriniz daha uzunömürlü olacaq və artıq xərclərdən qurtulacaqsınız.

Kondisioneri çirkli vəziyyətdə saxlamaq daha böyük problemlərə və ya cihazınızın tam sıradan çıxmasına səbəb olacaqdır. Kondisioneriniz çoxlu toz və çirk yığdığından, təmizlənməsi çətinləşəcək ki, bu da hissələrin dəyişdirilməsinə səbəb ola bilər ki, buda əlavə xərc deməkdir. Bundan əlavə, kondisionerin buxarlandırıcı bobinlərin istiliyi effektiv şəkildə ötürə bilməməsi səbəbindən çox isitməyə meyilli olacaqdır. Belə hallarda kondisioner təmizliyi üçün mütəxəssislərin köməyinə ehtiyac duya bilərsiniz. ÇakÇuk kimi bu sahədə peşəkar bir şirkət tərəfindən bu problemlərdən qaçınmaq olar. Bundan əlavə, təmizlənmə zamanı mütəxəssis gələcəkdə qarşılaşa biləcəyi problemləri aşkar edə bilər. Bu, sizi gələcəkdə ola biləcək daha bahalı təmirdən xilas edəcəkdir.

4. Daxili havanı daha keyfiyyəti və sağlam edəcəkdir.

Kondisioneriniz evinizi sərinlətməkdən daha artığını edir; evinizin içərisində dövr edən havanın təmiz və sağlam olmasına kömək etməkdə əhəmiyyətli rol oynayır. Əgər kondisioneriniz çirkli olarsa küf, göbələk, bakteriya və mikrobların inkişafı üçün uyğun bir zəmin yaranacaqdır. Belə olan halda, cihazı nə zaman işə salırsınızsa, bu hissəciklər otağa sovurulur və havanı çirkləndirir, və tənəffüs yolunuzu yoluxucu infeksiyalara məruz qoyur.

Kondisionerinizin mütəmadi olaraq təmizlənməsi bir çox fayda təmin edir. Kondisionerinizin təmizliyinə baxmaq və təmizləmək üçün ÇakÇuk kimi peşəkar bir şirkətin mütəxəssisləri daim sizin xidmətinizdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir